Elmar Məmmədyarov: ”Danışıqlar prosesində əsas problem status deyil”
Xarici işlər naziri Elmar Məmmədyarov Fransa prezidenti Nikola Sarkozinin regiona səfəri çərçivəsində səsləndirdiyi fikilərə münasibət bildirib. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında nazir vurğulayıb ki, Sarkozi münaqişədə "status-kvo"nun qəbuledilməzliyini, həmsədrlərin öz işlərini davam etdirməli olması ilə bağlı fikirlərini Bakıda da təkrar edib. Azərbaycanın mövqeyinin aydın və birmənalı olduğunu deyən nazir qeyd edib ki, nə qədər tez sülhə nail olunsa, bir o qədər də yaxşıdır: "Əgər görürüksə prinsipləri təsdiq edə bilmirik, o, böyük bir problem deyil. O zaman öz həllini hələ də tapmayan böyük bir sazişin üstündə işləməyə başlaya bilərik".
E. Məmmədyarov bildirib ki, danışıqlar prosesində əsas problem status yox, torpaqların işğal altında qalması və məcburi köçkünlər problemidir: "Əgər erməni qoşunları ərazilərdən çıxsa, bu regionun inkişafı üçün böyük inkanlar yaradacaq. Hamı bunu anlayır. Ermənilər də bunu başa düşürlər ki, statusu indi müəyyənləşdirmək olmaz. Ona görə Dağlıq Qarabağın statusunu ən sonda müəyyən etmək olar".Münaqişə zonasında sülhməramlı kontingentin yerləşdirilməsi məsələsinə münasibət bildirən nazir bunları deyib: "Hamı başa düşür ki, təhlükəsizliyi qorumaq baxımından bu olmadır. Nə erməni qoşunları Azərbaycana, nə də Azərbaycan qoşunları ermənilərə inanmır. Ona görə də sülhməramlı kontingent barədə ciddi müzakirələr gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB