Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Avropa Xalqları Partiyasının dəvəti ilə Brüsselə səfər edəcək SİA-nın YAP-ın saytına istinadən verdiyi məlumata görə, Avropa Xalqları Partiyası (EPP) ilə hakim arasında səmərəli əməkdaşlıq münasibətləri ildən – ilə inkişaf edir.
Bir sıra birgə layihələr həyata keçirilib. Partiyalararası münasibətlərə uyğun olaraq yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulub.
EPP-nin dəvəti ilə 28 noyabr – 4 dekabr tarixləri arasında YAP Gənclər Birliyinin nümayəndə heyəti Brüsseldə səfərdə olacaq. Səfər proqramı çərçivəsində nümayəndə heyəti EPP-nin, Avropa Birliyi və Avropa Parlamentinin baş qərargahında bir sıra görüşlər keçirəcək.
Avropa Xalqları Partiyası Avropanın ən böyük siyasi partiyasıdır. Tərkibinə 39 ölkədən 74 siyasi partiya daxildir. Qeyd edək ki, YAP 2008-ci ildən Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB