2 aprel icazəsiz aksiyanın təşkilatçıları və iştirakçıları bir daha törətdiklərini etiraf etdilər

2 aprel icazəsiz aksiyanın təşkilatçıları və iştirakçıları bir daha törətdiklərini etiraf etdilər
Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində Azərbaycan Respublikası CM-nın 233-cü maddəsi ilə olan cinayət işi üzrə iclas hakim Famil Nəsibov, dövlət ittihamçısı Ceyhun Kazımov və müdafiə tərəfinin iştirakı ilə 30 sentyabr 2011-ci il tarixdə təqsirləndirilən şəxslərin son sözü ilə davam etdirildi.
A.Hacılı son sözündə istəməsə də bir sıra faktları təsdiqlədi. F.Qəhrəmanlı və T.Abbaslı son söz hüququndan sui-istifadə edib siyasi çıxış etmək istəsə də hakim tərəfindən xəbərdar olundular.
Təqsirləndirilənlər son sözdən istifadə edərkən əsasən prokuror Ceyhun Kazımovun Avropa presedentinə istinadların düzgün olmadığını əsaslandırmağa çalışdılar. Lakin cəhdləri çox uğurzuz alndı. Sonda hakimdən bəraət istədilər.
M.Məcidli isə səhəti ilə bağlı son söz üçün vaxt istədiyindən məhkəmə iclası 03.10.2011-ci il saat 10:30 təxirə salındı.

Bütün xəbərlər Facebook səhifəmizdə