Urmiya gölünün quruması məsələsi Milli Məclisdə müzakirə edilib
Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında İrandakı Urmiya gölünün quruması məsələsi qaldırılıb. SİA-nın məlumatına görə, millət vəkilləri İran hökumətinin buna etiraz edən azərbaycanlılara qarşı həyata keçirdiyi tədbirləri tənqid edib. Millət vəkili Qənirə Paşayeva insan haqları ilə məşğul olan qurumları bu proseslərə göz yummamağa çağırıb.
Fəzail Ağamalı bildirib ki, bu gölün quruması regionun ekologiyasının pozulmasına təsir göstərəcək. Onun sözlərinə görə, Azərbaycan parlamenti İran parlamentinə müraciət edərək bu sahədə aktivliyi artırmasını istəyə bilər. Onun fikrincə, rəsmi Bakı bu məsələdə İrana öz köməyini təklif etməlidir.
Q. Paşayevanın fikirlərini millət vəkilləri Fərəc Quliyev və Siyavuş Novruzov da dəstəkləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB