Prezident Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət nazirini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət naziri Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Ölkələr arasında energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanıb, bu əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB