ABŞ Transxəzər qaz kəmərinin inşasında Azərbaycanı dəstəkləyir

ABŞ Transxəzər qaz kəmərinin inşasında Azərbaycanı dəstəkləyir

Bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza ilə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri görüşüb. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Azərbaycanın son illər ərzində iqtisadiyyatının diversifikasiyası istiqamətində mühüm addımlar atdığını vurğulayıb: "Regionların sosial iqtisadi inkişafı üçün zəruri addımlar atılır. Xüsusi diqqəti cəlb edən vəsaitlərin də regionlara paylanma sayı da çoxalır. Ölkədəki sabitlik iqtisadiyyatın inkişafına müsbət təsir edir".

Transxəzər qaz kəmərinin tikintisi ilə ABŞ-ın strateji məqsədlərinə çata biləcəyini deyən səfir vurğulayıb ki, təmsil etdiyi ölkə Transxəzər qaz kəmərinin inşasını dəstəkləyir. Onun sözlərinə görə, layihənin icrası yalnız Azərbaycanla Türkmənistandan asılıdır: "Başqa heç kəs bu məsələyə müdaxilə edə bilməz. ABŞ Azərbaycanı bu layihədə dəstəkləyir, hər iki ölkənin bu məsələdə strateji marağı var. Kəmərin uğurlu olub-olmaması isə iqtisadi və siyasi məsələlərdən asılıdır. "Cənub dəhlizi"nə gəlincə isə bildirmək istərdim ki, hansı layihənin - "Nabucco", ITGI, TAP - seçilməsindən asılı olmayaraq, dəhliz inkişaf edəcək".

Görüşün davamında tədbirdə iştirak edən şirkət nümayəndələrin suallarını cavabalandıran səfirə sonda fəxri klubun üzvülüyü sertifikatı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə