ABŞ-ın Azərbaycandakı səfiri: ““Wikileaks” saytında dərc olunanlar Dövlət Departamentinin rəsmi hesabatı deyil”

ABŞ-ın Azərbaycandakı səfiri: ““Wikileaks” saytında dərc olunanlar Dövlət Departamentinin rəsmi hesabatı deyil”

Mən düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı hazırda sakitlik mövcuddur. Bunu jurnalistlərə açıqlamasında ABŞ Azərbaycandakı səfiri Metyu Brayza bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrliəri Dağlıq Qarabağ münaqişəsini nizamlanlası istiqamətində işlər aparır. "Dünya ictimayəti ATƏT-in Minsk qrupunun hər hansı bir fəaliyyətini hər hansı bir ölkənin paytaxtından kənarda keçirilən rəsmi görüş kimi görür. Bu prosesin bir hissəsidir, prosesin digər hissəsi isə vasitəçilərin öz aralarında və ya münaqişə tərəfləri bilavasitə özləri şəxsən əlaqə saxlayırlar ". Səfir ABŞ-la bağlı "Wikileaks" saytında dərc olunan məlumatlara da münasibət bildirib. " Biz heç vaxt "Wikileaks"də dərc olunan materialların Dövlət Departamentinin rəsmi hesabatı olduğunu qəbul etməmişik. İstənilən halda mən, yaxud başqa əməkdaşlarımız göndərdiyi teleqramlarda yalnız öz mövqeyimizi əks etdiririk, yaxud tövsiyə veririk. Bu yalnız diplomatın baş verənləri dəyərləndirməsidir. Diplomatlar da digər insanlar kimi həmkarları ilə yazışma hüququna malikdir".

İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə