Amerika sputniki Kutaisi sakininin həyətinə düşüb - FOTO

Amerika sputniki Kutaisi sakininin həyətinə düşüb - FOTO

Gürcüstanın Kutaisi şəhərində yaşayan Qersamiya ailəsi Amerikanın UARS sputnikinə məxsus hissələrin onların həyətinə düşdüyünü bildirib. SİA-nın verdiyi məlumata görə, Qersamiya ailəsi sputnikin necə və nə vaxt düşdüyündən xəbərsiz olub. Amma həyətdəki masanın üstündəki örtük yanmasl, plasmas qabın isə tüstüləməsi onları şübhələndirib. Ailə üzvləri bir neçə millimetrdən bir santimetrə qədər olan qırıntıları yığıblar.

"Biz əvvəlcə bunun nə olduğunu başa düşmədik. Sonra telekanallardan eşitdik ki, ABŞ-ın sputniki düşüb, ona görə də yerli hakimiyyət strukturlarına müraciət etdik", - deyə Qersamiya ailəsinin üzvü bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə