Havalar kəskin soyuyacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında sabah mülayim şimal-qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq: "Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 22-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək".

Sentyabrın 28-dən sonra isə havaların nisbətən istiləşəcəyinin ehtimal olunduğunu deyən şöbə rəisi: \"Tibii-meteoroloji proqnoza gəlincə isə yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir\",- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə