Əflatun Amaşov: “Jurnalistlərin ali məktəbə qəbulu ilə bağlı dünya təcrübəsinə əsaslanan sistem yaratmaq lazımdır” - MÖVQE

Əflatun Amaşov: “Jurnalistlərin ali məktəbə qəbulu ilə bağlı dünya təcrübəsinə əsaslanan sistem yaratmaq lazımdır” - MÖVQE

Mətbuat Şurasının növbəti iclaslarında ali məktəblərin jurnalistika fakültələrinin magistr pilləsinə bu il aparılan qəbulun nəticələri müzakirə ediləcək. SİA-nın xəbərinə görə, bu barədə şuranın sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə universitetlərin jurnalistika fakültələrinin magistratura pilləsinə qəbulun nəticələri, birgə fəaliyyətin bundan sonra nə dərəcədə effektiv olub-olmaması araşdırılacaq.

Onun sözlərinə görə, bundan sonra əsas məqsəd bakalavr pilləsində qabiliyyət imtahanlarını təşkil etməkdir: "Bu sahə üzrə aparılan monitorinqlərin nəticəsində məlum olub ki, burada təhsil alanların yarıdan çoxu sonradan jurnalist olmaq istəmir. Onlar da test üsulu ilə təsadüf nəticəsində bu fakultəyə düşən insanlardır".

Ə.Amaşov qeyd edib ki, bakalavr pilləsinə qəbul zamanı qabiliyyət imtahanlarının bərpa olunmasına Tələbə Qəbulu üzrə Dövlət Komisisyası tərəfindən elə də böyük etiraz yoxdur. Bunu mükəmməl işləmək, dünya təcrübəsini araşdırıb Azərbaycan üçün dünya təcrübəsinə əsaslanan sistem yaratmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə