Azərbaycan Aİ-lə viza rejiminin sadələşdirilməsi haqda danışıqlara hazırdır -XİN

Azərbaycan Aİ-lə viza rejiminin sadələşdirilməsi haqda danışıqlara hazırdır -XİN

Avropa Komissiyasının Azərbaycanla viza rejiminin sadələşdirilməsi istiqamətində danışıqlara rəsmi mandat verildikdən sonra başlanılacaq. SİA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayeb bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi viza rejiminin sadələşdirilməsi istiqamətində danışıqlara başlamağa hazırdır: "Mandat nə qədər tez verilərsə, danışıqlar bir o qədər tez başlayar".

Qeyd edək ki, sentyabrın 19-da Avropa Komissiyası Azərbyacla qısamüddətli vizaların verilməsi və qeyri-leqal miqrantların readmissiyası, yəni geri qaytarılması istiqamətində danışıqlara başlamaq üçün Avropa İttifaqı Şurası qarşısında təkliflə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə