Aleksey Mitrofanovun Azərbaycanın işğal altında olan torpaqlarına səfəri haqqında məlumatın etibarlılığını yoxlanır
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı, "Spravedlivaya Rossiya" ("Ədalətli Rusiya") partiyasının üzvü Aleksey Mitrofanovun Azərbaycanın işğal altında olan torpaqlarına səfəri haqqında məlumatın etibarlılığını yoxlayır.
"Təbii ki, bu məlumat araşdırılacaq. Rəsmi Bakıya məlumat vermədən işğal olunmuş ərazilərə bu cür səfərlərin edilməsi yolverilməzdir və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyinin təzahürüdür", - deyə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Azərbaycan tərəfi ilə razılaşdırılmadan ermənilərin işğal etdikləri Dağlıq Qarabağa səfər edən vətəndaşlar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən respublika ərazisinə girişi qadağan edilmiş şəxslərin "qara siyahı"sına daxil edilir.
Ermənistan mətbuatının məlumatına əsasən, ötən cümə günü A.Mitrofanov Dağlıq Qarabağda "Moskva" xalq şənlikləri evinin açılışında iştirak edib. Keçmiş deputat işğal edilmiş Azərbaycan torpaqlarına səfəri zamanı rəsmi Moskvanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB