Dezinformasiyaya daha bir sübut: Sabiq komissarın videomüraciəti üzə çıxdı -VİDEO
"Yeni Müsavat" qəzetinin son saylarında Gəncənin Nizami rayon hərbi komissarlığında neqativ halların baş alıb getdiyi haqda məlumatlar dərc olunub. Qəzetin rüşvətxorluqda ittiham etdiyi şəxslər sırasında həmin rayonun sabiq hərbi komissarı Bəhmən Nəsiblinin də adı var. Qarşı tərəfin bu ittihamlara cavabı da özünü çox gözlətməyib.
Səs İnformasiya Agentliyi tərəfsiz, obyektiv mətbuat vasitəsi olaraq əvvəlcə qarşı tərəfin vəkili Nizami Abbasovun redaksiyamıza ünvanladığı etiraz məktubunu dərc etdi. Sonra isə vəkil sabiq komissarın videomüraciətini də redaksiyamıza gətirdi.
Həmin videogörüntüdən də görünür ki, sabiq komissar Almaniyada müalicə olunur və nəinki "Yeni Müsavat" qəzetinə, ümumiyyətlə, heç bir mətbuat orqanına açıqlama verməyib.
Sabiq hərbi komissar Bəhmən Nəsibli bildirib ki, "Yeni Müsavat" qəzeti onun adından yalan, böhtan dolu yazılar dərc etməklə mətbuat haqqında qanunları, jurnalistin peşə davranışı qaydalarını kobudcasına pozub. Bəhmən Nəsiblinin "Yeni Müsavat" qəzeti ilə heç bir əlaqəsi olmayıb və həmin qəzetə heç bir məktub göndərməyib. Beləliklə, adıçəkilən qəzet başqasının düşdüyü vəziyyətdən yararlanmağa və bununla da cəmiyyətdə populyarlıq qazanmağa can atıb.
Vəkil onu da bildirib ki, belə saxta, böhtan yazan müxbirlərlə yazılara təkzib verilməyəcəyi halda məhkəmədə görüşəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB