Sərdar Cəlaloğlu: ""İctimai Palata"nın "yol xəritəsi" ilə razılaşmırıq" - MÖVQE
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunun SİA-ya müsahibəsi
- Sərdar bəy, "İctimai Palata"nın "yol xəritəsi" ideyası Azərbaycan Demokratik Partiyası tərəfindən qəbul olunmasının səbəbini nə ilə izah etmək olar?
- Hər hansı bir partiyanın ideyasının başqa bir partiyalar tərəfindən qəbul edilməməsi siyasətdə bir qanunauyğunluqdur. Əlbəttə ki, bir-birimizin ideya və fikirlərinə də müxalif olmalıyıq. Təbii ki, siyasətin mahiyyəti bundan ibarətdir. Bu, o demək deyil ki, biz hamımız müxalifətçiyiksə, bu partiyadan kimsə səhv və ya düz bir ideya verdisə hamı bir nəfər kimi o ideyanı müdafiə etməlidir. Belə olarsa biz özümüz tənqidsizlik şəraitində məhv olub gedərik. Bu baxımdan, müəyyən məsələlərə görə, "İctimai Palata"nın "yol xəritəsi" ilə razılaşmırıq. "Yol xəritəsi"ndə əsas ideya iqtidar müxalifət dialoqudur. Hansı ki, bu ideyanı 5 il bundan öncə Azərbaycan Demokrat Partiyası gündəmə gətirmişdi. Buna görə də ilk növbədə Müsavat və AXCP-nin çox kəskin iradları ilə üzləşmişdik. Siyasi idealoq tərəfdarı olduğumuza görə, bizi müxalifətə xəyanətdə ittiham edirdilər. Həmin partiyalar 5 il sonra da eyni ideyanı yeni ideya altında cəmiyyətə təqdim edirlər. Sadəcə bizdən fərqli olaraq bunu bir "Yol xəritəsi"nin tərkib elementi kimi təqdim edirlər. İndi "İctimai Plata"nın hazırladığı sənəd yalnız "İctimai Palata" ilə iqtidar arasında bir "yol xəritəsi"dir. Bu "Yol xəritəsi"ni müəlifləri belə hesab edir ki, digər müxalif partiyaların ölkədə siyasi inkişafla bağlı mövqeyinin onlar üçün heç bir önəmi yoxdur. Onlar belə hesab edir ki, Azərbaycanda iki qütblü siaysi sistem formalaşır. Bu qütbün biri AXCR - Müsavat, digər qütbü isə YAP-dır. Bu ideya özüdə çox təhlükəli bir ideyadır. Bir demokratik sistemlərin inkişafına nəzər salsaq görərik ki, iki partyalı siyasi sistem adətən inkişaf etmiş demokratik ölkələrdə mövcuddur. "Yol xəritəsi"nə diqqətlə fikir versək görərik ki, "İctimai Palata"nın rəhbərlərinin təklif etdiyi ideyaların reallaşmasında yalnız iki qüvvə iştirak edə bilər.
Müsavat və AXCP-nin ölkənin inkişafı və gələcəyi ilə bağlı mövqeyində çox cüzi bir fərq var. Məhz bizim etirazımız bununla bağlıdır. "Yol xəritəsi"nə baxdıqda bu çox yumşaq lahiyədir. Onlar bu lahiyəni sərt bir şəkildə ortaya cıxarsaydılar iqtidar bununla razılamayacaqdı. Aydın şəkildə görmək olar ki, "İctimai Palata" özü ictimai həyatın bir hissəsində monopoliya yaratmaq istəyir. Bu isə səhv yanaşğadır.
- "6-lar", "İctimai Palata" və bu kimi qurumlar müxalifətin bölünməsinə xidmət etmir ki?
- Müxaliftdən irəli sürülən müxtəlif ideyaları toqquşmaların təzahürü kimi dəyərləndirmək olar. Müxalifətdə olan siyasi partayaların hakimiyyəti yoxdursa onlar bir-biri ilə müxalif ola bilməzlər. Demokratiyanın gözəlliyi ziddiyətlərin olmasındadır. Çünki inkişafın mənbəyi ziddiyətlərdir. Bu ziddiyətləri elə səviyyəyə gətirib çıxarmaq lazım deyil ki, onlar cəmiyyəti bu və ya digər şəkildə uçuruma aparsın. Ziddiyət olmasa cəmiyyət inkişaf edə bilməz. Həmçinin siyasi mübarizə olmasa cəmiyyət inkişaf edə bilməz. Bu baxımdan biz belə hesab edirik ki, müxalifətin öz daxilində belə ziddiyətlər olmalıdır. Azərbaycan cəmiyyətində ziddiyətlər var, amma, o ziddiyətlərin rəqabəti yoxdur. Ölkədə rəqabət siferası yoxdur. Azərbaycanda dövlətin bütün sferaları mübarizə üçün açıq olmalıdır.
- Müsavat başqanı İsa Qənbərov tələblərinin yerinə yetirilməməyəcəyi təqdirdə ölkədə inqilab edəcəklərini deyir. Sizcə bu qeyri-konstruktiv çağırış deyilmi?
- İnqilab özü bir şürlu proses deyil. İnqilab sözünün mənası qəflətən meydana çıxan güclü dəyişilmələr deməkdir. İnqilabın mahiyyəti bundan ibarətdir. Digər siaysi proseslərdə inqilab onunla fərqlənir ki, bu liderləri iradəsindən kiminsə arzusundan xalqın ağır və yüngül vəziyyətindən aslı deyil. Bu gün cəmiyyət çox sakit bir vəziyyətdədir. Əgər kimsə deyir ki, biz inqilab edəcəyik bu çox gülməlidir. Bu o deməkdir ki, həmin adam inqialbın nə olduğuni bilmir.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB