Şamaxının Sabir qəsəbəsində böyük şairin abidəsinin açılışı olub

Şamaxının Sabir qəsəbəsində böyük şairin abidəsinin açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində Sabir qəsəbəsinə gəlib.

Dövlətimizin başçısına məlumat verilib ki, 3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur. Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülüb, elektrik və digər kommunal xətləri yenilənib, geniş yaşıllaşdırma işləri aparılıb. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılıb.

Prezident İlham Əliyev dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin açılışında iştirak edib, önünə gül dəstəsi qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə