Azərbaycan səfirliyi Uruqvay naziri ilə bağlı məsələni araşdırır

Azərbaycan səfirliyi Uruqvay naziri ilə bağlı məsələni araşdırır

Uruqvay Xarici İşlər Nazirinin Dağlıq Qarabağı tanımaq mümkünlüyü barədə sözləri yalnız erməni mətbuatı tərəfindən yayılıb. SİA xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.


"Tarixən biz erməni KİV-ləri tərəfindən hər hansı bir xəbərin təhrif olunmasının şahidi olmuşuq. Argentinadakı səfirliyimiz bu məsələni araşdırır və artıq Uruqvay Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Bu ölkənin xarici işlər nazirinin müavini Karreras bizim Argentinada səfirimizlə söhbətində, ölkəsinin Azərbaycanın ərazi bötüvlüyünə hörmətlə yanaşdığını və ATƏT Minsk qrupunun fəaliyyətini dəstəklədiyini qeyd edib.

Bir daha bildirirəm ki, səfirliyimiz bu məsələnin araşdırılması ilə sıx məşğuldur".


Bütün xəbərlər Facebook səhifəmizdə