Sankt-Peterburqun yeni təyin edilmiş qubernatoru Azərbaycan KİV-inə müsahibə verib

Sankt-Peterburqun yeni təyin edilmiş qubernatoru Azərbaycan KİV-inə müsahibə verib

Azərbaycanın bir qrup jurnalisti Sankt-Peterburqun yeni təyin edilmiş qubernatoru, əslən Bakıdan olan Georgi Poltavçenko ilə görüşüb.

SİA-nın aldığı xəbərə görə, bu, yeni qubernatorun xarici KİV-ə ilk müsahibəsi idi. Qubernator Rusiya-Azərbaycan münasibətləri ilə əlaqədar aktual suallara cavab verib, Peterburqda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə söhbət açıb.

Rusiyanın şimal paytaxtının qubernatoru yeni vəzifədə planları, Sankt-Peterburqun Azərbaycanla münasibətlərinin inkişaf istiqamətləri və prioritetləri, Neva sahilindəki şəhərin həyatında Azərbaycan diasporunun rolu barədə məlumat verib, Azərbaycan haqqında, doğulduğu Bakı şəhəri barədə xatirələrini bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə