Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri ağır yaralanıb
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb.
Ordumuzun əsgəri, 1992-ci il təvəllüdlü Telman Əlişah oğlu Seyfullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə sol budundan güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, T.Seyfullayev 2010-cu ilin iyulunda Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB