Türkiyədə dəmiryol qəzası baş verib

Türkiyədə dəmiryol qəzası baş verib

Türkiyənin İstanbul şəhərində dəmiryol qəzası qeydə alınıb. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə yük qatarı ilə şəhərlərarası sərnişin qatarının toqquşması nəticəsində baş verib.

Qəzada yaralanan 10 nəfər xəstəxanaya yerləşdirilib. Tələfat yoxdur. İlkin ehtimala görə, hadisəyə yük qatarının sürücüsünün ehtiyatsızlığı səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə