Mahmud Məmmədquliyev Filip Lefortla görüşüb

Mahmud Məmmədquliyev Filip Lefortla görüşüb

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüş keçirib.

XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və Avropa İttifaqının münaqişənin həllinə verə biləcəyi tövhə barədə fikir mübadiləsi aparılıb.

Filip Lefort eyni zamanda, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri ilə də görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə