Məhəmməd Əliyev: \"Azərbaycan qısa zaman kəsiyində erməni hərbi birləşmələrini torpaqlarımızdan vurub çıxara bilər\" - MÜSAHİBƏ SəsTV

Məhəmməd Əliyev: \"Azərbaycan qısa zaman kəsiyində erməni hərbi birləşmələrini torpaqlarımızdan vurub çıxara bilər\" - MÜSAHİBƏ SəsTV

"Ordunun Dostları" Klubunun idarə heyyətinin üzvü, ehtiyatda olan baş leytinant Məhəmməd Əliyevin SəsTv-yə müsahibəsi



- Azərbaycanda həyata keçirilən ordu quruculuğu, silahlı qüvvələrinin maddi texniki bazasından möhkəmləndirilməsi istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?

- Bildiyimiz kimi 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan edildi. 1918-ci il iyul ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılması prosesi başlandı. Bu proses başlandıqdan sonra ilk diviziya korpusu formalaşdırıldı. Azərbaycanda ordu ilə bağlı hər hansı bir bazanın möhkəmləndirilməsi üçün məktəb yox idi. 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə C.Naxçıvanski adına hərbi məktəb yaradıldı. Məhz bundan sonra müstəqillik dövründə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi formalaşdırıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra orduda müəyyən bir özbaşınalıq var idi. Ümummmilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bu iş sistemləşdirildi və ordunun maddi texniki bazasının formalaşdırılması prosesi başlandı. 1997-ci ildə Ali Hərbi məktəb yaradıldı, 1999-cu ildə isə Hərbi Akademiyanın əsası qoyuldu. Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə Azərbaycanda ordunun maddi texniki bazasıının formalaşması prosesini daha da inkişaf etdirdi. Nəticədə, bildiyimiz kimi artıq Azərbaycan dünya arenasına çıxa biləcək silah istehsalı ilə məşğul olan bir dövlətə çevrilib. Artıq 21 hərbi zavod və 30-a yaxın istehsal müəsisəsi vardır ki, bu da dünya standartlarına uyğun bir səviyyədə formalaşdırılıb. Azərbaycan tək texniki sahədə deyil eyni zamanda 2010-cu ilin büdcəsinə baxdıqda büdcəmiz 2 milyard 150 milyona qədər yüksəlmişdir ki, bu da Ermənistan büdcəsindən bütövlükdə çoxdur. İqtisadi və sosial sahələrin güclü inkişafı nəticəsində ordumuzda inkişaf edir.



- Bəzən idda olunur ki, Azərbaycanada silahlı qüvvələri NATO-nun standartlarına uyğun olaraq formalaşdırılır. Ümumiyyətlə, NATO-nun standartları dedikdə hansı format nəzərdə tutulur?


- Qeyd etdiyim kimi NATO standartları Azərbaycan müstəqillik əldə etdikdən sonra ayaq açmağa başlayıb. Müstəqillik əldə olunandan, Rusiyanın təsir dairəsindən uzaqlaşdıqdan sonra NATO silahlı qüvvələri Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda maraqlarını artırmaq istədi. Bunun da nəticəsində Azərbaycan NATO standartlarına uyğunlaşma prosesini haqlı olaraq davam etdirdi. Xatırladım ki, 1997-ci ildə NATO standartlarına keçmə haqqında danışıqlar başladı və rəsmi surətdə Azərbaycan NATO-nun \"Sülh naminə tərəfdaşlıq proqramı\"na qoşuldu. NATO standartaları dedikdə, burda hərbi təlimdən, hərbi yürüşdən və hərbi salamdan tutmuş bütün məsələlər başa düşülür.



- Azərbaycanın sülh danışıqları nəticəsiz qalsa və Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirsə Azərbaycan ordu qurulucuğunun hansı mərhələsində Ermənistan silahlı qüvvələrini ərazilərimizdən çıxara bilər?


- Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə gəlib çatmalıdır ki, bu münaqişəni sülh yolu ilə həll etmək mümkün olsun. Azərbaycan iqtisadiyyatı elə bir inkişaf səviyyəsindədir ki, danışıqlar masası ətrafında bu münaqişəni həll etmək olar. Əgər sülh variantı tükənsə inanıram ki, Azərbaycan silahlı qüvvələri heç bir dövlətin köməyi olmadan qısa zaman kəsiyində erməni hərbi birləşmələrini torpaqlarımızdan vurub çıxara bilər. Amma bu münaqişənin arxasında ABŞ və Rusiya kimi iri dövlətlərin maraqları dayanıb. Bu maraqların çərçivəsində də münaqişə həll olunmur. Baş Nazir Artur Rasizadənin təmsil etdiyi Düşənbədə keçirilən prezident görüşləri zamanı həmin danışıqlarda yenə Rusiya öz marağını nümayiş etdirib. Belə ki, keçmiş MDB respublikalarını yenə müəyyən bir çərçivədə birləşdirmək arzusundadır. Burada da Rusiyanın marağı açıq-açığına özünü biruzə verir.


Bütün xəbərlər Facebook səhifəmizdə