ABŞ prezidentliyinə namizəd Mişel Bakman maraqlı açıqlaması ilə yadda qalıb
ABŞ prezidentliyinə namizəd Mişel Bakman bu günlərdə öz tərəfdarlı qarşısında çıxış edərkən, maraqlı açıqlaması ilə yadda qalıb. O, bildirib ki, ABŞ-da baş verən zəlzələ və qasırğalar Allahın onlara olan işarəsidir və Vaşinqton hökuməti bunu nəzərə almalıdır. Lakin sonradan bu xanım zarafat etdiyini deyib. Xatırladaq ki, maqnituda zəlzələsi və \"Ayrin\" qasırğası kimi təbii fəlakətləri yaşayan ABŞ-da ümumilikdə 30 nəfərin həlak olduğu bildirilir.
\"Vaşinqton, sənə işarə verildi. Zəlzələ və qasırğa. Sən eşidirsən? Amerika xalqı nə lazımdırsa, onu da etdi, indi isə Allahın işarəsi zamanıdır\", - deyə M.Bakman bildirib.
Qeyd edək ki, M.Bakman prezident Barak Obamanın ən kritik rəqiblərindəndir. Bununla o, Obamanın yürütdüyü siyasətdən narazı olduğunu demək istəyib. Kataklizmalar isə, onun üçün yaxşı fürsət olub. Xanım namizəd həmçinin dini baxışları ilə də seçilənlərdəndir.
\"Mən daha anlamıram ki, siyasətçilərin diqqətini cəlb etmək üçün Allah yenə nə etməlidir. Zəlzələ də oldu, qasırğa da. O deyir ki, siz məni nə zaman eşidəcəksiniz?!\", - deyə Bakman ifadə edib.
SİA Ria Novosti-yə istinadən xəbər verir ki, M.Bakmanın seçki kampaniyasının rəhbəri Elis Styuard KİV nümayəndələrindən namizəd xanımın həmin sözlərini araşdırmamağı xahiş edib. O qeyd edib ki, bütün bunlar bir zarafatdır.
Bazar günü etdiyi çıxışın ardınca Bazar ertəsi brifinq verən Bakman bir daha öz seçki kampaniyası nümayəndəsinin sözlərini təsdiq edib: \"Əlbəttə ki bu bir zarafat idi. Mən zarafatı sevənbir insanam\".
Onu da qeyd edək ki, M.Bakmanın adı respublikaçı namizədlər arasında favoritdir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB