Angela Merkel dünyanın ən populyar qadını hesab edilib

Angela Merkel dünyanın ən populyar qadını hesab edilib

Beş ildə dördüncü dəfədir ki, Amerikanın "Forbes" jurnalının dünyanın ən populyar qadınları ilə bağlı tərtib etdiyi siyahıya yenə də Almaniya kansleri Angela Merkel başçılıq edir. Amerikanın Dövlət katibi Hillari Klinton və Braziliyanın Prezidenti Dilma Rusef ikinci və üçüncü yerləri bölüşdürürlər.

"Forbes" siyahıya dünyada tanınmış 100 qadının adını daxil edib. Amerika Prezidentinin xanımı Mişel Obama siyahıda 8-ci, Beynəlxalq Valyuta Fondunun yeni fransalı direktoru Kristin Laqard 9-cu yeri tutmuşlar. Siyahıya daha bir fransız qadının adı daxil edilib. AXA Private Equity şirkətinin rəhbəri Dominik Senekye 98-ci yeri tutub.

Jurnalın tərtib etdiyi siyahıdakı 100 qadın arasında siyasətlə məşğul olanlarla və iş adamları ilə yanaşı, aktyor, müğənni və mətbuatda çalışan qadınlar da vardır. Siyahıdakı qadınların yaşı 25-lə 85 arasındadır. Məsələn, 25 yaşlı gənc müğənni Ledi Qaqa siyahıda 11-ci yerdə gəlir.

Siyahıdakı qadınların ümumi sərvəti 30 min milyard civarındadır.

Onları dünyada tanıdan yalnız var-dövlət deyil, hakimiyyətdə və sosial şəbəkələrdə tutduqları mövqedir. Siyahıdakı məşhur qadınların 8-i dövlət başçısıdır.


Bütün xəbərlər Facebook səhifəmizdə