Venesuela, Peru və Misirdə baş verən yol qəzası 31 nəfərin həyatına son qoyub
Venesuelanın şimal-qərbində, Truxilyo ştatında çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq yük avtomobilinə, hadisə ərazisindən keçən digər sərnişin avtobusu isə həmin avtomobillərdən birinə çırpılıb.
Nəticədə, 13 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.
Həmin gün Peruda da ağır yol-nəqliyyat qəzası baş verib. Paytaxt Lima şəhərindən 850 km şimalda sərnişin avtobusu və yük avtomobili toqquşub. Nəticədə, 9 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Anoloji hadisə Misirin cənubunda baş verib. İki sərnişin avtobusunun toqquşması 10 nəfərin ölümünə səbəb olub. Azı 20 nəfərin xəsarət aldığı bildirilir. Ərazidə müvafiq işlər görülüb. İlkin ehtimala görə, qəzaya hər iki sürücünün ehtiyatsızlığı səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB