Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda gecə 20-24, gündüz 29-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 763 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 55-60 faiz olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 23-24 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB