Politoloq Cümşüd Nuriyev: \"Azərbaycanın işğal olunmuş ərazisində narko-ticarətlə məşğul olan ermənilərə qucaq acan İrandır\" - MÜNASİBƏT
Təbriz universitetinin siyasi elmlər üzrə professoru, doktor Cəfər Cəmşidi Radın İranın \"Arannews\" xəbər agentliyində ölkəmizlə bağlı səsləndirdiyi təhdidedici ifadələr azərbaycanlı siyasətçilərin etirazına səbəb olub.
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cəfər Cəmşidinin fikirlərini qərəzli və mənasız adlandırıb: "Cəfər Cəmşidiyə bildirmək istəyirəm ki, ilk növbədə Quranın 49 sürəsinin 12-ci ayəsini diqqətlə oxusun. Orada yazılır ki, hər şeyi zənlə fikirləşib demək və qardaş qeybəti etmək ölmüş qardaşın ətini yeməyə bərabərdir. Azərbaycanı sionistlərlə əlaqədə ittiham edən İran bu günə qədər Ermənistana qucaq acır. Quranım 49-cu surəsinin 11-ci ayəsində isə göstərilir ki, möminlər qardaşdır. Qardaşına arxadan bıçaq vuran, xəyanət edən, Azərbaycanın işğal olunmuş ərazisində narko-ticarətlə məşğul olan ermənilərə qucaq acan İrandır. İranlılara demək istəyirəm ki, tövbə qapısı acıqdır və bu əməllərinə görə iranlıları Allahdan üzr istəməyə çağırıram. Çünki onlar müsəlman qardaşına xəyanət edib. Buna görə isə Allah qarşısında hər bir müsəlmanın cəzası ağırdır.
Siyasi elmlər doktoruna məsləhət görərdim ki, öz adına və Quranın ana xəttinə hörmət edərək, Quranı yəhudilər kimi özünə uyğunlaşdırmasın. Əksinə orada yazılanları olduğu kimi gündəmə gətirsin. İranlı \"professor\" bilməlidir ki, prezident öndə duran, Azərbaycan dilində isə imam deməkdir. İranlılara Xomeyni əziz olduğu kimi, bizim üçün İlham Əliyev çox əzizdir. Quranda isə göstərilir ki, mənim seçdiklərimə hörmət eləyin. Cəmşidi isə Azərbaycan xalqının seçiminə hörmətsiz edib. Hesab edirəm ki, \"professor\"un yazdıqları siyasi yanaşmadır və bu yanaşmanın arxasında İranın təhlükəsizlik orqanlarının tapşırığı durur".
C.Nuriyev İran \"professor\"unun bir daha diqqətinə çatdırmaq üçün bildirdi ki, Azərbaycan Respublikasının prezident Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün addımları atıb və atır. Neftdən gələn gəlirlərin hesabına Azərbaycan dövləti son 5 ildə dünyada favorit dövlətlərdən birinə çevrilib: "Cənab Cəmşidi yaxşı olardı ki "Arannews"ə müsahibə verməzdən öncə BMT-nin 2010 - cı ilin yekunları görə açıqlaması ilə tanış olaydı. Azərbaycan 2005-2010-cu illərdə insan inkişafı indeksinə görə 107-ci yerdən 67-ci yerə yüksəlib. Bu müddət ərzində İran İslan Respublikası isə həmin kriteriyalara görə 40 pillə geriləyib. Cəmşidi ilk növbədə bu müqayisəni aparmalı və dərk etməlidir ki, Azərbaycanın uğurlarının qarşısını hər hansı kənar müdaxilələr ala bilməz. Azərbaycanda neftdən gələn gəlirlər bütün respublika ərazisində bərabər paylanır və görülən işlər göz önündədir. Son beş ildə ölkəmizin büdcəsi bir necə dəfə artıb. Bizim dini təmayülümüz islamdır, ancaq Azərbaycan dünyəvi bir dövlətdir və inkişafı, siyasəti bu istiqamətdə qurulub".
Politoloq Azərbaycanda məscidlərin sökülməsi, azanın səsləndirilməməsi ilə bağlı iranlı professorların dediklərinin heç bir əsası olmadığını bildirdi: "Azərbaycanda məscidlərin fəaliyyətinə, azanın səsinə heç vaxt maneə olmayıb. Cəmşidi və İranda onunla həmfikir olanlar bir şeyi anlamalıdırlar ki, bizdə din dövlətdən ayrı olsa belə, Azərbaycanda dinə böyük etiqad var. Ölkə başçısı Ramazan ayında məscidlərdə verilən iftar süfrələrinə qatılıb və indən sonra da qatılacaq. Ölkəmizdə dini ayinlərə, qaydalara riayət olunur və dini dəyərlərə yüksək qiymət verilir. Onu da deyim ki, Azərbaycan dövlətinin gerbində allah sözü yazılıb. Azərbaycan allah sözünü gerbə yazmaqla bərabər həm də ona hörmətlə yanaşır. Ölkəmiz dünyada yeganə müsəlman dövlətidir ki, sünni-siyə tandemini qorunur.
Iranda isə islam dinindən istifadə olunaraq yanlış fikirlər aşılanır. İslam şəfqət, imkansızlara əl tutmağa, yardıma çağıran bir dindir. Faşizm tərəfindən həyata keçirilən insanlığa uyğun olmayan Holokost vəhşiliyinin Azərbaycanda ürək ağrısı anılması insani xüsusiyyətlərimizdən xəbər verir. İran bu kimi məsələlərdən çox uzaq olduğuna görə bunu dərk edə bilməz. Cəmşidilərə xatırlatmaq istəyirəm ki, prezidentimiz İslam dinini sevən, İslamı bilən və onun bütün qaydalarına əməl edən bir insandır. Quranda göstərildiyi kimi sözdə müsəlman olub, əməldə müsəlman olmamaq suçdur".
Cəmşidinin Azərbaycanı bünövrəsiz evə bənzətməsi də C.Nuriyevin qəzəbinə səbəb olub: "Əgər Azərbaycan bünövrəsiz evdirsə, nədən İran vətəndaşları Azərbaycandan sığınacaq alıb, yaşamaq istəyi ilə yaşayır. İranda vəziyyət yaxşı olsaydı İran vətəndaşları belə bir niyyətdə olardılarmı? Ağayi Cəmşidi heç olmasa Ərdəbildən keçib Təbrizə gedən yol kənarında dağların içərisində yaşayan azəri türklərinin vəziyyətini gözlərinin önünə gətirməyi tövsiyə edirəm. Fars rejiminin təsiri altında bu insanlar ibtidai icma dövründəki kimi yaşayır. Bu kimi hallar sübut edir ki, əslində İran bünövrəsiz evdə hörümçək toru qurub. Bu dövlət həm də İslam dinini siyasətə çevirərək bir xilafət dövləti yaradıb. Xilafətin başında duran prezident Əhmədinejad dövləti falçıların təsiri ilə idarə edir. Quranın 113-cü surəsinin 13-cü ayəsində deyilir ki, Allahım cadu eləyib, üfürən qadınların şərindən sənə sığınıram. Buna əks gedən İranın prezident aparatının rəhbəri isə ətrafına topladığı cadugərlərin göstərişi hərəkət edir. Allah-tala peyğəmbərin özünə belə \"gələcək barədə məndən soruşma, o mənə məxsusdur\" deyə buyurub. İran isə İslam dövləti olmasına baxmayaraq birmənalı şəkildə Allahın işlərinə qarışır. Allahın işinə qarışanların isə cəzası ağırdır.
Cəmşidi Azərbaycanda guya yüz minlərlə insanın hicab tərəfdarı olması haqda da danışıb. Yada salmaq istəyirəm ki, ümumiyyətlə Quran 12 yaşına qədər qızların hicaba taxmasını qadağan edir. Quranı oxuyan \"siyasi elmlər doktoru\" Cəmşidi bu amili yadından çıxarır.
Azərbaycanın Təhsil Haqqında qanununa görə, bizdə yalnız orta məktəblərdə hicab qadağandır. Azərbaycan vətəndaşları arasında isə kifayət qədər hicab taxanlar var və buna heç kim mane olmur. İranda isə hicab məcburidir. Halbuki, Quran qadına hörmətlə yanaşmağı tələb edir. İrandan başqa heç bir sivil islam dövlətində hicab məcburi deyil.
İran siyasətçisinin daha bir böyük səhvi Azərbaycanı Hizbullahı və Həması dəstəkləməkdə suçlamasıdır. Əvvəla, Azərbaycan özü terrora məruz qalmış bir dövlətdir və terrorizmin əleyhinədir. ASALA erməni terror təşkilatına qucaq acan İran bilməlidir ki, Azərbaycan hər zaman terroru pisləyib. İran isə dövlət səviyyəsində terroru dəstəkləyən Serj Sarkisyanla müttəfiqlik edir.
Onun da deyim ki, beynəlxalq hüquq normalarına görə, İranın Azərbaycanın daxili işinə qarışmaq ixtiyarı yoxdur. Cənab Cəmşidi yaxşı olar ki, İran rejimi və Əhmədinejada qarşı çıxan yüzlərlə Musəvi tərəfdarlarının edam olunmasından danışsın. İslamda insanın söz demək hüququq var. Məsələnin qəribə tərəfi isə odur ki, Təbriz daima fars rejiminə qarşı mübarizə aparan bir şəhər olub. İndi isə professor Cəmşidi bu cür ittihamlarla çıxış edir. O Azərbaycanın taleyinin Misirlə müqayisə etməsi də yersizdir. Sonda isə ərəbcə müraciət edərək cəmiyyəti tədbir görməyə çağırır. Bu Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, həm də Azərbaycanda hakimiyyətə qarşı olan qüvvələri çağırışa səsləməkdir. Hesab edirəm ki, buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi İrana növbəti nota təqdim etməli və professora qarşı "persona non-qrata" elan olunmalıdır. Kimsəyə ixtiyar verilmir ki, Azərbaycan xalqına, prezidentinə bu cür müraciətlər ünvanlansın".
Sonda C.Nuriyev iranlı \"professor\"a onu da xatırlatdı ki, Azərbaycan xalqının intellektual potensialı İrandan qat-qat üstündür və hansı seçimi etdiyini də yaxşı bilir: "Bir amil kifayətdir ki, Azərbaycanla İranın arasındakı fərq ortaya çıxsın. Azərbaycandan BMT-nin YUNESKO təşkilatında 300 dahi qeydə alınıb. İran dahilərinin sayı isə orda heç 100-ə də çatmayıb. Olanların da yarısı azəri türküdür. Bu kimin intellektual potensialının yüksək olmasını əyani sübutudur. İranlı \"professor\" öz daxili problemləri və onlardan çıxış yolu ilə bağlı fikir bildirsə daha yaxşı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB