Roland Kobia: “Son danışıqlar sadəcə növbəti bir mərhələ idi, proses isə davam edir”

Roland Kobia: “Son danışıqlar sadəcə növbəti bir mərhələ idi, proses isə davam edir”

\"Kazan görüşündə Ermənistan və Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində razılığa gələ bilməyiblər. Lakin bu, o demək deyil ki, bütün danışıqlar prosesi iflasa uğrayıb. Eyni zamanda bildiyimə görə, Soçidə keçirilən görüş kifayət qədər məhsuldar keçib\". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, son danışıqlar sadəcə növbəti bir mərhələ idi, proses isə davam edir: "Nizamlama prosesinin iflasa uğradığını düşünmürük",-deyə o əlavə edib.

"Danışıqlarda nailiyyətlərin əldə edilməməsi qoşunların təmas xəttində insidentlərin yaranmasına gətirib çıxara bilərmi?"- sualına cavab olaraq Aİ nümayəndəsi: "Atəşkəs olduğuna görə, bu cür hadisələr istər Ermənistan tərəfindən, istərsə də Azərbaycan tərəfindən baş verməməlidir. Orada heç kim ölməməlidir. Hər iki tərəf atəşkəs rejiminə hörmətlə yanaşmalıdır. Ümid edirəm ki, hər iki tərəf atəşkəsə sadiq qalacaq",-deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə