FHN: \"Hacıqabul rayonunda baş verən partlayışda 4 nəfər ölüb, 15 nəfər yaralanıb\"
Fövqəladə Hallar Nazirliyi Hacıqabul rayonu ərazisində baş verən partlayışla əlaqədar məlumat yayıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, xəbərdə bildirilir ki, Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olub.
Nazirliyin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanacaqdoldurma məntəqəsi və ərazidə olan yanacaqla dolu çənlər, həmçinin, yaxınlıqda dayanmış 1 yanacaq daşıyan yük avtomobili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən saat 15:57-də söndürülüb.
İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb, 7 avtomobil yanıb. Hazırda ərazidə müvafiq işlər görülür, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB