Dmitri Medvedyev: “Münaqişənin həlli hər iki dövlət üçün vacibdir\"

Dmitri Medvedyev: “Münaqişənin həlli hər iki dövlət üçün vacibdir\"

Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan prezidenti İlham Əliyevlə qlobal iqtisadiyyatın hazırkı durumu, Azərbaycan-Rusiya münasibətlərinin əsas aspektləri, eləcə də gündəlikdə duran aktual regional məsələləri müzakirə etməyi təklif edib. SİA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bunu Rusiya lideri azərbaycanlı həmkarı ilə görüşü zamanı bildirib: "Bu məsələlər (beynəlxalq ictimaiyyətdə mövcud olan məsələlər) bizi darıxmağa qoymur. Baxın beynəlxalq maliyyə problemi yaranıb",-deyə o əlavə edib.

Rusiya prezidenti regional məsələlərin müzakirəsi zamanı əsasən Dağlıq Qarabağ nizamlaması üzrə danışıqlar prosesinin hazırki vəziyyətinin üstünlük təşkil edəcəyini vurğulayıb: "İstərdim ki, gələcəkdə nə edəcəyimiz və vəziyyətin necə davam edəcəyi barəsində açıq danışıqlar aparaq. Münaqişənin həlli hər iki dövlət üçün vacibdir".

Danışıqların ikitərəfli formata keçirilməsinə gəlincə Rusiya prezidenti: "Hazırda danışıqların ikili formatı çox yüksək səviyyədə keçir. Lakin elə suallar var ki, gərək məsləhətləşib tərəflərin rəyini aydınlaşdırasan".- deyə,o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə