Azərbaycanın xaricdəki hərbi attaşelərinin toplantısı keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, avqustun 3-dən 5-dək Bakıda keçiriləcək toplantıda Azərbaycan Silahlı Qüvvələrin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, hərbi attaşelərin toplantısı ildə bir dəfə keçirilir.
Eyni zamanda Azərbaycan hərbçiləri xaricdə keçirilən bir sıra tədbirlərdə iştirak edəcəklər. Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən avqustun 8-dən 12-dək İsparta şəhərindəki Eğirdir mərkəzində xüsusi təyinatlılar üçün maneələri dəf etmək üzrə təlimatçı kursu, avqustun 15-dən 26-dək İzmir şəhərində partlatma üsulları, mina və tələ-minalar üzrə kurs, Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən avqustun 8-dən 2012-ci il iyunun 15-dək Estoniyanın Tartu şəhərində Birləşmiş Komandanlıq və Baş Qərargah kursu, avqustun 22-dən dekabrın 23-dək Vilnüs şəhərində İngilis dili kursu, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən avqustun 8-dən 2012-ci il may ayının 26-dək Lahor şəhərində Hərbi Dəniz Qərargah kursu, avqustun 29-dan 2012-ci il aprelin 7-dək Kəraçi şəhərində Tərəfdaş Zabitlərin Sualtı Əsas Əməliyyat kursu, Azərbaycan-ABŞ iş planına əsasən avqustun 10-dan 2012-ci il dekabrın 14-dək San-Antonio şəhərində Quru Qoşunları Komanda Qərargah Akademiyasında, avqustun 10-dan 2012-ci il may ayının 20-dək Piyada zabitin təməl kursu, Piyada kapitanları kursu keçiriləcək.
Azərbaycan hərbçiləri həmçinin, Böyük Britaniya ilə imzalanmış əməkdaşlıq planı çərçivəsində avqustun 22-dən sentyabrın 9-dək Çexiyanın Vişkov şəhərində əməliyyat atıcılığı kursunda, Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən avqustun 23-dən 26-dək Potsdam şəhərində beynəlxalq sülhməramlı missiyalar üzrə təcrübə mübadiləsi proqramında və İSAF əməliyyatları ilə bağlı əldə edilmiş təcrübələr mövzusunda seminarda iştirak edəcək.
Bundan başqa, Almaniya ilə imzalanmış ikitərəfli əməkdaşlıq proqramına əsasən avqustun 22-dən 26-dək Bakıda Qüvvə planlaşdırılması üzrə ekspert danışıqları keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB