Rəcəb Tayyib Ərdoğan: \"Sarkisyanın davranışları bir diplomata yaraşmır\" - AÇIQLAMA

Rəcəb Tayyib Ərdoğan: \"Sarkisyanın davranışları bir diplomata yaraşmır\" - AÇIQLAMA
Türkiyənin baş naziri Ermənistan prezidentinin sərsəm çıxışı ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, baş nazir Sarkisyanın davranışının bir diplomata yaraşmadığını bildirib: "Dəyərli yoldaşlar, bu bir dövlət xadiminə və ya bir prezidentə yaraşan ifadə tərzi, yanaşma forması deyil. Gələcək nəsillərə kin və nifrət aşılamaq dövlət xadiminə yaraşmaz. Serj Sarkisyanın etdiyi bir təhrikdir, öz gəncliyinə kin və nifrət hissi aşılamağa səy göstərməkdir. Bununla Ermənistan gəncliyinin gələcəyi nə olacaq? Bu gedişlə qaranlıq olacaq, bu hadisələrə hər zaman qara eynəklə baxacaq. Bunu mütləq bilməlidirlər. Hazırda Dağlıq Qarabağ ərazisi işğal edilib və işğalçılar məlumdur. Bunu yalnız biz demirik, bunu BMT də deyir. Bu, sübut olunub. Bu, həll edilməlidir. Bunun həllinə indiyə qədər mənfi yanaşma Ermənistan tərəfindədir. Azərbaycan hər zaman müsbət yanaşma ortaya qoyub. "Siz hazırda Dağlıq Qarabağı bizdən təhvil aldınız, biz ölüb gedəcəyik, Ağrını da siz alacaqsınız" - belə bir məntiq olarmı? Belə bir anlayış olarmı? Gəncliyə belə bir istiqamət, belə bir üfüq verilərmi? Bu nə deməkdir? Ey gənclər, Ermənistan Türkiyə ilə bundan sonra istədiyi kimi, istədiyi şəkildə bir müharibəyə də girə bilər. Bunların hamısını rədd edirik. Belə bir dövlət xadimi, belə bir diplomatiya olmaz. Sarkisyan burada ciddi bir səhv edib. Tarixi bir səhvi birbaşa özü təsdiq edərək deyib. O, üzr istəməlidir, bu səhvindən dönməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə