Prezident İlham Əliyev Mərakeş kralına başsağlığı verib

Prezident İlham Əliyev Mərakeş kralına başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Mərakeş kralı VI Məhəmmədə başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığında deyilir: "Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


Qeyd edək ki, Mərakeşdə baş verən təyyarə qəzasında 78 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com