İlham Əliyev Norveçin Kralına başsağlığı verib

İlham Əliyev Norveçin Kralına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveçin Kralı V Haralda Oslo şəhərində törədilən hadisələrlə bağlı başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Oslo şəhərində törədilən terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş verən faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Norveç xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə