Məlumatda qeyd olunub ki, son iki ildə rayonda 1500 hektardan artıq yeni nar
bağı salınıb. Keçən il 30 min tona yaxın nar tədarük edilib, yerli əhalinin
büdcəsinə narçılıqdan 5 milyon manatdan artıq vəsait daxil olub. Bu gün
Göyçayda 30-a yaxın nar sortu yetişdirilir. Narın şirəsindən və qabığından
20-yə yaxın xəstəliyin müalicəsində istifadə olunur. Bu meyvədən nar şərabı,
nar şirəsi, nardança, narrüb, mürəbbə və digər qida məhsulları hazırlanır. Bu
il narçılıqla məşğul olan kəndlilərin 3500 hektar sahədən 31 min tondan artıq
məhsul əldə edəcəyi gözlənilir.
Diplomat regionun ən böyük nar emalı müəssisəsi olan "AzNar" ASC-nin istehsal
sexlərinə, məhsulların saxlanıldığı soyuducu anbara, texniki avadanlıqlara
baxış keçirib. Baxış zamanı verilən məlumatda bildirilib ki, dünyanın 15-ə
yaxın ölkəsinə məhsul ixrac edən "AzNar" ASC ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyindən (USAİD) texniki dəstək alır.
M.Brayze görüşdə qeyd edib ki, ABŞ öz üzərinə Azərbaycan iqtisadiyyatını
şaxələndirməyə yardım etmək barədə öhdəlik götürüb: "Məhsuldarlığın artması
yalnız satışın və gəlirin artmasına gətirib çıxarmayacaq, həmçinin aqrobiznes
sahəsində böyük əhəmiyyəti olan yüksək maaşlı iş yerləri yaradacaq. USAİD-in
texniki məsləhətçiləri bu mühüm sektorun inkişafına dəstək vermək istiqamətində
davamlı səy göstərəcək, yeni və dinamik bazarlar tapmaq üçün sektorun aparıcı
nümayəndələri ilə işlərini davam etdirəcəklər".
Sonda, fermerlər və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri USAİD-in
"Azərbaycanda rəqabətlilik və ticarət proqramı" çərçivəsində aqrobiznesin
inkişafına olan davamlı dəstəyinə görə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB