Yevlax Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə 2 milyon manat ayrılıb

Yevlax Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə 2 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda qeyd olunur ki, 180 çarpayılıq Yevlax Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 2 milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə