Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında sazişin ratifikasiyasına dair sənədlərin mübadiləsi həyata keçirilib

Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında sazişin ratifikasiyasına dair sənədlərin mübadiləsi həyata keçirilib

Bu gün Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında sazişin ratifikasiyasına dair sənədlərin mübadiləsini həyata keçiriblər. SİA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, saziş 3 sentyabr 2010-cu ildə Bakıda imzalanıb.

Saziş iki dövlət arasında dövlət sərhədini dəqiq müəyyən edən baza sənədidir. Bildirildiyinə görə, sərhədin başlanğıc nöqtəsi - Azərbaycan, Rusiya və Gürcüstan arasında bitişik məkanın yerləşməsi ayrıca üçtərəfli sazişlə müəyyən olunacaq.

Rusiya və Azərbaycan tərəfləri 2010-cu ildə imzalanmış Samur çayı resurslarının mühafizəsi və istifadəsi haqqında hökümətlərarası saziş qüvvəyə mindiyi zaman bu sazişi həyata keçirilməsini sinxronlaşdırmaq qərarına gəlib. Əsas kimi SSRİ süquta uğrayarkən RF və Azərbaycan arasında mövcud olmuş inzibati-ərazi sərhədini götürmək qərarına gəliblər. İki ölkə arasında sərhədin ümumi uzunluğu 284 km təşkil edir.

Bu saziş Azərbaycanın xarici dövlətlərlə imzaladığı ilk bu cür dövlətlərarası sənəddir.

Bütün xəbərlər Facebook səhifəmizdə