Taliban hərəkatı Azərbaycana məxsus olan təyyarənin qəzaya uğraması məsuliyyətini öz üzərinə götürüb. SİA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, hərəkatın nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-ə məlumat verib ki, Azərbaycana məxsus təyyarə "Taliban" tərəfindən vurulub: "Təyyarə Amerika əsgərlərinə silah apardığı üçün vurulub"-deyə, o əlavə edib.
Qeyd edək ki, Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB