Dünyanın ən məşhur iqtisadi nəşrlərindən olan "Forbes" jurnalı dünyanın 10 ən pis milli iqtisadiyyatı olan ölkələrin reytinqini açıqlayıb. SİA-nın xəbərinə görə, 2010-2012-ci illər üzrə real və proqnozlaşdırılan əsas makroiqtisadi göstəricilər əsasında tərtib olunan siyahıya Madaqaskar başçılıq edir.
Ən pis iqtisadiyyatı olan ikinci dövlət isə Ermənistandır. Jurnal Ermənistanın ikinci yer tutmasını faktlarla əsaslandırıb. Belə ki, Ermənistan hələ də maliyyə böhranından bərpa oluna bilmir, ölkədə ÜDM-in azalması, inflyasiyanın artması müşahidə olunur, ÜDM-in adambaşına həcmi 3 min dollardan azdır.
Sonrakı mövqelərdə müvafiq olaraq Qvineya, Ukrayna, Yamayka, Venesuela, Qırğızıstan, Svazilend, Nikaraqua və İran yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB