Bu gün YAP Quba rayon təşkilatının Quba Telekommunikasiya Qovşağı ilk partiya təşkilatında 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş konfrans keçirilib. Konfransda YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, YAP Quba rayon təşkilatı İdarə Heyətini üzvü, Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Güneşli və YAP Quba rayon təşkilatının sədr müavini Nazim Əliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədr müavini, Quba Telekommunikasiya Qovşağının rəisi Nazim Əliyev tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, YAP Quba rayon təşkilatı tədbirlər planına uyğun olaraq ilk partiya təşkilatlarında 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər keçirir. Bu gün də tədbirin bizim təşkilatda keçirilməsi nəzərdə tutulub.
Nazim Əliyev çıxış edərək, telekommunikasiya sahəsində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən danışıb. Sonra çıxış etmək üçün sözü YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyevə verib.
Çıxış edən YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB