Qabil Hüseynli: \"Kazan görüşündə danışıqların mərhələli həll prinsipinin həyata keçirilməsinə start verilə bilər\"
Cari ilin iyun ayında Kazanda Azərbaycan və Ermənistan prezidentlərinin keçiriləcək görüşündə danışıqların mərhələli həll prinsipinin həyata keçirilməsinə start verilə bilər. Bu barədə SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, belə olduğu halda isə Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş ərazilərinin azad olunması prosesinə başlana bilər. Əvvəlki danışıqlarda da belə söhbətlərin olduğunu deyən politoloq qeyd edib ki, əvvəl Dağlıq Qarabağın ərazilərindən kənardakı rayonlar 5+2 prinsipi ilə işğaldan azad olunur.
"Birinci növbədə əvvəlcə 5 rayon işğaldan azad olunur. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə 2 rayonun-Laçın və Kəlbəcərin azad olunması isə ikinci mərhələyə saxlanılır. Danışıqların birinci baza prinsipləri, yəni hansı prinsiplər üzərində aparılacağı müəyyənləşdiriləcək. Həmin prinsiplərdə əgər işğal olunmuş torpaqların azad olunması öndə gələrsə, o zaman danışıqlar prosesi normal start götürə bilər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB