İran prezidentinin Ermənistana səfəri təxirə salınıb

İran prezidentinin Ermənistana səfəri təxirə salınıb

İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfəri təxirə salınıb. SİA-nın "Novosti Armenia"ya istinadən yaydığı məlumata görə, Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bildirib ki, səfər tərəflərin qarşılıqlı razılaşması əsasında təxirə salınıb: "İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfəri daha münasib bir vaxtda keçiriləcək".

Qeyd edək ki, İran prezidentinin Ermənistana bir günlük rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə dair bir neçə sazişin imzalanması nəzərdə tutulurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə