“ABŞ-ın iqtisadi strategiyası İran rəhbərliyini daha sərt mövqeyə sövq edə bilər” -ŞƏRH
“Məlumdur ki, dünəndən etibarən ABŞ–İran qarşıdurmasında nisbi sakitlik yenidən pozulub. ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığındakı Larak adasında SEPAH-a məxsus raket buraxılış qurğularına zərbələr endirib”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Vaşinqton bunu İranın dənizə mina yerləşdirməyə hazırlaşması ilə əlaqələndirir:
”Buna cavab olaraq İran ABŞ-ın İordaniyadakı hərbi obyektlərinə ballistik raket zərbələri endirib. Bu, iyulun sonlarından sonra iki tərəf arasında ilk ciddi hərbi eskalasiyadır.
Hazırkı vəziyyətin əsas xüsusiyyəti odur ki, hərbi qarşıdurma ilə yanaşı, iqtisadi təzyiq də Vaşinqtonun əsas alətlərindən birinə çevrilib. ABŞ avqustun 24-də İranla əlaqəli təxminən 60 qurum, şəxs və gəmini hədəfə alan yeni sanksiyalar elan edib və üçüncü ölkələrə də xəbərdarlıq edib ki, İranla maliyyə və enerji əlaqələrini davam etdirmək onları dollar əsaslı maliyyə sistemindən kənarlaşdırılma riski ilə üz-üzə qoya bilər. Avqustun 28-də isə ABŞ maliyyə sisteminə yönəlmiş əlavə tədbirlər açıqlanıb. Vaşinqtonun mesajı kifayət qədər aydındır və məqsəd yalnız ayrı-ayrı şirkətləri deyil, İranın neft gəlirlərini və beynəlxalq maliyyə kanallarını sistemli şəkildə sıxışdırmaqdan ibarətdir.
Bununla belə, sanksiyaların Tehranın siyasi mövqeyini dərhal dəyişəcəyini düşünmək düzgün olmaz. Çünki İran iqtisadiyyatı onsuz da uzun illərdir sanksiyalara uyğunlaşmış “kölgə iqtisadiyyatı”, alternativ maliyyə kanalları və Çin kimi əsas tərəfdaşlarla ticarət mexanizmləri hesabına müəyyən dayanıqlıq yaradıb. Yeni sanksiyalar bu imkanları daraldır, lakin onları bir gündə tamamilə aradan qaldırmır. Üstəlik, ABŞ-ın təzyiqinin əsas paradokslarından biri budur ki, İranın neft ixracını və Hörmüz boğazından keçidi məhdudlaşdırdıqca dünya enerji qiymətləri yüksəlir və bu, Tehrana müəyyən geosiyasi rıçaqlar verir. Brent neftinin artıq 90 dollardan yuxarı qalxması bunun göstəricisidir.
İranın daxili iqtisadi vəziyyəti isə həqiqətən ağırdır. IMF 2026-cı il üçün İran iqtisadiyyatının 5,4 faiz daralacağını proqnozlaşdırıb. Ölkədə yüksək inflyasiya, milli valyutanın kəskin ucuzlaşması, yanacaq qıtlığı və enerji təchizatındakı problemlər sosial narazılıq riskini artırır. Son günlər Tehranda yanacaq növbələrinin yaranması da iqtisadi təzyiqin artıq əhalinin gündəlik həyatına ciddi şəkildə keçdiyini göstərir.
Düşünürəm ki, sanksiyalar Tehranın mövqeyini zəiflədəcək, lakin yaxın perspektivdə onu kapitulyasiyaya məcbur etməsi ehtimalı hələ ki, aşağıdır. Ümumiyyətlə isə əsas məsələ sanksiyaların İran iqtisadiyyatına təzyiqi yox bu iqtisadi təzyiqin nə zaman daxili destabilizasiya yaratmağa başlayacağıdır. Əgər yanacaq, ərzaq və valyuta böhranı dərinləşərsə, Tehranın manevr imkanları əhəmiyyətli dərəcədə darala bilər. Lakin problem ondadır ki, ABŞ-ın iqtisadi strategiyası İran rəhbərliyini daha sərt və kompromisə qapalı mövqeyə də sövq edə bilər. Bu səbəbdən qarşıdakı mərhələdə həm sanksiyaların effektivliyi, həm də Hörmüz boğazında hərbi eskalasiyanın səviyyəsi Tehranın danışıqlara nə dərəcədə hazır olacağını müəyyən edən əsas faktorlar olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Mikayıl Cabbarov Britaniyalı nazirlə görüşüb
İqtisadiyyat 22:19Maykl Cordanın Ferrari avtomobili rekord qiymətə satılıb...
Texnologiya 21:52“Kifayət qədər müəllim yoxdur, hamısı Polşadadır”
Təhsil 20:52Bu araşdırma uzun müddətdir davam edən mübahisəyə son qoyur..?
Texnologiya 20:27Əsas vəzifə Putinə nəticə verməmək!..
Dünya 19:25İsveç Polşaya "Patriot" sistemləri göndərəcək
Dünya 18:34Lipsits: Putinin iqtisadiyyatı çökəcək...
İqtisadiyyat 18:27Putin: Ağıl Rusiyanı anlaya bilməz...
Dünya 18:05"Ombudsman haqqında” Qanununda dəyişiklik təsdiq edildi
Siyasət 17:38Tikilidə baş verən yanğın söndürülüb
Hadisə 17:30Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
İqtisadiyyat 15:29ADY doqquz ayda 8,5 milyona yaxın sərnişin daşıyıb
Maraqlı 13:07Ailə büdcəsini ən çox sarsıdan gözlənilməz xərclər hansılardır? - AÇIQLANDI
İqtisadiyyat 12:15Azərbaycan musiqisi Cənubi Koreyada
Mədəniyyət 12:08İki ölkənin orduları Səudiyyə Ərəbistanında
Dünya 12:05Avropa Rusiya diplomatlarına təzyiqi artırır
Siyasət 12:01Fransada etirazlar geniş vüsət alır: liseylər bağlanır
Siyasət 11:58Moskva yaxınlığında böyük bir neft anbarı yanır
Dünya 11:57Antonio Quterreş Pakistanda səfərdədir
Dünya 11:52Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17Astarada "Niva" aşıb, sürücü hadisə yerində ölüb
Hadisə 05:04Bakıda binada yanğın olub - sakinlər təxliyə edilib
Hadisə 04:06Türkiyə əsgəri Ərəbistana gedir - QƏRAR
Siyasət 03:22Halal pulun qurbanı
Ədəbiyyat 03:05Sabiq idarə rəisi olan polkovnik həbs edildi
Hadisə 02:22Bakıda iki avtomobil toqquşub
Hadisə 02:03Tovuzda ata oğulu bıçaqlayıb
Hadisə 00:22Arda Gülərin ŞOK tranfser qiyməti - 100 milyon dollar!
İdman 5 Oktyabr 23:26"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Sosial 5 Oktyabr 23:03Sumqayıtda köməksiz qalan vətəndaş xilad edilib - FHN məlumat yaydı
Hadisə 5 Oktyabr 22:35"Çelsi" 55 milyon dollarlıq futbolçu üçün "Barselona"nın qapısını döyəcək...
İdman 5 Oktyabr 22:19Türkiyəli nümayəndələr İrəvanda erməni nazirlə görüşüblər
Siyasət 5 Oktyabr 22:03Krossoverin yeni versiyası təqdim olunur...
Texnologiya 5 Oktyabr 21:52Celine-nin yeni əl yazısı...
Dəb 5 Oktyabr 21:28Rusiyada müəllimlər nə qədər qazanırlar..?
Təhsil 5 Oktyabr 21:06Dəniz xiyarları Meksikada narkotik kartellərinin kölgə valyutasına çevrilib
Dünya 5 Oktyabr 20:51Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%

.jpg)
.jpg)
