Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

SİA xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 17 məsələ daxil edilib.

İclasda "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunlarda dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi, "Ümumi təhsil haqqında" qanuna dəyişiklik layihəsinin üçüncü oxunuşu, həmçinin "Kraudfandinq haqqında" yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulur.

Bununla yanaşı, iclasda vergi, gömrük, dövlət satınalmaları, informasiyanın mühafizəsi, maliyyə, bank, sığorta, ödəniş sistemləri və digər sahələri əhatə edən bir sıra qanun layihələrinə də baxılır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə