"Görüş qarşılıqlı əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır" - ŞƏRH EDİLDİ
"Prezident İlham Əliyevlə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında keçirilən görüş, ilk növbədə, siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu görüş Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud siyasi məsələlərin və qarşılıqlı münasibətlərdə yaranan fikir ayrılıqlarının müzakirəsi baxımından vacib platformadır. Məlum olduğu kimi, son illərdə Avropa Parlamenti və Avropa İttifaqının bəzi qurumları tərəfindən Azərbaycanla bağlı müxtəlif tənqidi mövqelər səsləndirilib".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
.jpg)
Politoloqun sözlərinə görə, belə görüşlər isə dialoqun davam etdirilməsi və münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Görüşün iqtisadi tərəfi də xüsusi önəm daşıyır. Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsinə böyük ehtiyac duyur. Azərbaycan isə Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi təbii qaz ixracını artıraraq bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bununla yanaşı, Orta Dəhliz layihəsi, nəqliyyat-logistika marşrutlarının inkişafı, yaşıl enerji sahəsində əməkdaşlıq və regional tranzit imkanlarının genişləndirilməsi də tərəflər arasında əsas müzakirə mövzularındandır. Bu istiqamətlər həm Azərbaycanın, həm də Avropa İttifaqının iqtisadi maraqlarına xidmət edir və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə imkan yaradır.
Eyni zamanda, Avropa məhsullarının Orta Dəhliz vasitəsilə yeni bazarlara çıxarılması, enerji layihələrinin, o cümlədən TAP və digər regional enerji marşrutlarının inkişafı hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.
Bu baxımdan, Prezident İlham Əliyevlə Ursula fon der Leyen arasında keçirilən görüşü Azərbaycan–Avropa İttifaqı münasibətlərində siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, logistika, nəqliyyat və yaşıl enerji sahələrində yeni əməkdaşlıq imkanlarının qiymətləndirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB