Səfirlik: ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı yüksək qiymətləndiririk
ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
SİA xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"ABŞ-nin Bakıdakı Səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban Bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik. Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk. Qurban Bayramınız mübarək!"
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB