Moldova Baş nazirinin müavini gələn ay Bakıya gəlir

Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy martın 6-da Azərbaycana rəsmi səfər edəcək. Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko mediaya açıqlamasında bildirib ki, səfər çərçivəsində həmin gün nazirin Azərbaycanın müxtəlif dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Mixay Popşoy həmçinin Moldovanın Bakıdakı səfirliyində keçiriləcək Martişor bayramına həsr olunmuş tədbirdə iştirak edəcək. Həmçinin Moldava diasporunun nümayəndələri ilə görüş təşkil olunacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə