"Zəngəzur dəhlizinin realizəsini ləngitmək qlobal birliklə üz-üzə gəlməkdir" - ŞƏRH
"Azərbaycan Repsublikasının hərbi-siyasi zəfərləri nəticəsində yaranan yeni geosiyasi reallığın ən mühüm nətəcilərindən biri heç şübhəsiz ki Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi coğrafiyada əməkdaşlıq mühiti üçün geniş imkanların açılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bu mənada dövlət başçımızın yerli televiziyalara artıq ənənə halı almış müsahibəsində regional kommunikasiya xətlərinin açılmasına xüsusi diqqət vermiş, Azərbaycanın sülh təşəbbüslərinin nəticəsi kimi açılacaq yolların, o cümlədən Zəngəzur dəhlizinin qlobal əhəmiyyətə malik olmasını əsaslandırmışdı:
"Reallıqda da görünən odur ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirmir, bu xətt eyni zamanda şimal-cənub və şərq-qərb arasında ən etibarlı və ən təhlükəsiz əlaqəni təmin edəcək infrastruktur layihəsi olmaqla bərabər həm də Orta dəhlizin vacib seqmenti kimi çıxış etməkdədir. Qütblərarası ziddiyyətlərin dərinləşməsi və ayrıcı xətlərin daha aydın formada görünməsi fonunda cənab İlham Əliyevin Cənubi Qafqaz kimi mürəkkəb bölgədə siyasi, iqtisadi maraqları uzlaşdırmasının bölgəyə marağı artırması fonunda əslində Azərbaycan Prezidentinin layihəsi olan Zəngəzur dəhlizinin önəmi hər ötən gün artmaqdadır. Xüsusən Vaşinqton razılaşmalarından sonra Avropa İttifaqının qeyri-praqmatik davranışlardan geri çəkilməsi, o cümlədən İranın yeni hakimiyyətinin bu prosesdə daha adekvat davranmağa başlaması fonunda artıq demək olar ki, Zəngəzur dəhlizinin realizəsi qarşısında heç bir maneə qalmayıb və Ermənistanın Baş nazirinin özünün də ifadə etdiyi kimi gələn ilin ikinci yarsından etibarən İrəvan layihənin texniki əsaslandırma hissəsini də realizə edəcək. Bu prosesdə region dövlətlərinin siyasi razılığına nail olmaq, əlbəttə, ciddi uğurdur, lakin daha böyük uğur cənab İlham Əliyevin Zəngəzur dəhlizini bütün istiqamətlərdə əlaqələri dərinləşdirəcək infrastruktura çevirməsi və regionun bütün dövlətlərinin iqtisadi cəhətdən maraqlı tərəfə çevirməsidir. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizinin realizəsini ləngitmək qlobal birliklə üz-üzə gəlməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB