Tramp Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

“Son zamanlar baş verən bəzi münaqişələrə baxsanız, Türkiyə Prezidenti onların həllində başda idi və o, onları qazanırdı”. SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı deyib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. “Hər dəfə ona ehtiyacım olanda o, mənim yanımda olub. Mən Türkiyə Prezidenti Ərdoğana təşəkkür etmək istəyirəm. O, heç vaxt uğursuz olmur. O, heyrətamizdir. Ona görə də dostluğa görə sizə təşəkkür etmək istəyirəm”,- deyə Tramp əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə