Qazaxıstan XİN vətəndaşlara çağırış edib

Yaxın Şərq ölkələrinə istirahət məqsədilə səfər etməzdən əvvəl hər şeyi diqqətlə qiymətləndirmək tövsiyə olunur. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinq zamanı məlumat verib.

“Hazırda reyslər davam edir, lakin vəziyyət istənilən anda dəyişə bilər. Uçuşlar dayandırılarsa, vətəndaşların Qazaxıstana necə qayıdacağı ilə bağlı ciddi məsələ ortaya çıxacaq”, – deyə o bildirib.

XİN rəsmisi qeyd edib ki, vəziyyət mürəkkəb geosiyasi xarakter daşıyır və hər gün dəyişir.

“Məsələn, dünən “Air Astana” aviaşirkəti bir neçə reysi ləğv edib. Təbii ki, bu cür hallarda problemlər yaranacaq və vətəndaşların oradan necə təxliyə olunması məsələsi meydana çıxacaq”, – deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə