Yanvarın 28-də Moskvada İran, Azərbaycan və Rusiya arasında nəqliyyat üzrə nazirlər səviyyəsində iclas keçiriləcək. SİA xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib. Onun sözlərinə görə, iclasda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit fəaliyyətlərinin artırılması istiqamətində uyğun mexanizmin əldə olunmasına səy göstəriləcək. F.Sadiq bildirib ki, İran, Azərbaycan və Rusiya bu dəhlizlə ildə 15 milyon ton yükün daşınması hədəfinə nail olmağa çalışırlar. Qeyd edək ki, 21 və 22 yanvarda Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyanın 16-cı iclası keçirilib. İki ölkə arasında iclasın yekinlarına dair əməkdaşlıq sənədi imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə